15 Oktyabr 2018 10:21
3 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elçin Cəfərovun saçına rəng qoyan kişi xanəndələrə lağ eləməsi cavabsız qalmayıb.

Teleqraf.com-un məlumatına görə, xanəndələr Elçinə etirazlarını “ATV maqazin onlarla” vasitəsi ilə çatdırıblar:

Əməkdar artist Babək Niftəliyev: “Heç kəs xanəndələr barəsində belə deyə bilməz. Onun həddi yoxdur ki, nəsə deyə”.

Əməkdar artist Cabir Abdullayev: “Mən ona məsləhət görmürəm ki, belə söhbətlər eləsin”.

Xanəndə Zakir Əliyev: “Elçindən heç gözləməzdim. Muğam sənəti barədə nəsə demək üçün sənətin olmalıdır. Əgər oxuya bilirsənsə, gəl bir xalq artistini çağır, onunla yanaşı oxu. Görüm sən nə oxuyursan”.

Əməkdar artist Ehtiram Hüseynov: “Elə sənətkarlar var ki, onlar toxunulmazdır. Sənətləri o səviyyədə deyil ki, onlar haqqında nəsə də desinlər”.

Qeyd edək ki, Elçin saçına rəng qoyan xanəndələr barəsində bu sözləri demişdi: “Saçlarıma dən düşsə də, bu məni narahat etmir. Saçımı boyamaq barədə düşünmürəm. Ola bilər ki, gələcəkdə bu addımı atım, amma indi buna yox deyirəm. Muğam oxuyanlar var, saçlarına xına qoyurlar, qırmızı rəngdə görsənir... İndi daha keyfiyyətli məhsullar çıxıb, rəng qoymaları daha çox büruzə vermir”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər