Dünyanın ən çox qazanan modeli Jizel Bundhen ailəsinə də vaxt ayırmağı unutmur.
Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, həyat yoldaşı, qızı və oğlu ilə əyləncəli dəqiqələr keçirən Jizel uşaqlığına qayıdıb.
34 yaşlı model ailəsi ilə Boston parklarından birinə yola düşüb. Yelləncəkdə yellənən və heç nəyə əhəmiyyət vermədən günün dadını çıxaran Jizelin həyat yoldaşı da oğlu ilə xoşbəxt anlar yaşayıb. Jizel və ailəsinin fotolarını təqdim edirik: