"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Röyalla ayrılma xəbərlərinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki. T.Əliyeva bu barədə "Gündən-günə" verilişində danışıb. O deyib:
"Allah bütün ailələri qorusun, qadınlara həyat yoldaşımın məni sevdiyi qədər sevgi qismət etsin. Eləcə də, mənim onu sevdiyim qədər sevgi qismət etsin. Tanınmışlar içərisində bəlkə də yeganə gəlinəm ki, qayınanası ilə ana-bala kimiyik. Hətta qayınatamla nərd də oynayıram. Hamıya bizimki kimi məhəbbət arzulayıram. Biz əl-ələ tutub hər zaman deyirik ki, həyatımız yaxşı olacaq. Çox xoşbəxt bir ailəyik".