Türkiyəli müğənni Demet Akalın Bakıya toya gəlib.
Teleqraf.com xəbər verir ki, sənətçi bu barədə özünün İnstaqram hesabında yazıb.
O, ev sahiblərinə isti qarşılanmaya görə təşəkkür edib. Demet Akalın Bakıda olmaqdan məmnunluğunu ifadə edib. Restoranlardan birində baş tutan toy mərasiminin aparıcıları Afaq Gəncəli və İlkin Həsənli olub.
Toya azərbaycanlı müğənnilərdən Röya Ayxan və Elşad Xosenin dəvət edildiyi bildirilir.