Müğənni Nura Suri “Ağladım” adlı yeni klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, musiqisi və sözləri meyxanaçı Ceyhun Ərkivanlıya aid olan mahnını "Whosein" ləqəbli Orxan Hüseynli ekranlaşdırıb.
Bir gün çəkilişi baş tutan ekran işində modelyer Gülya Vəkilovanın geyimlərindən istifadə olunub.
Bu dəfə klipdə müğənninin partnyoru Şuşa Teatrının aktyoru Türkay Cəfərli olub. Onlar ekran işində bir-birindən ayrılmış iki sevgilini canlandırıb.
Qeyd edək ki, müğənninin tərzi üzərində Syama Rəsulova, Telman Heybətov və Babək Qədirov çalışıb.
Keyfiyyətli və bahalı ekran işinin çəkilişləri zamanı Suri fotosessiya da etdirib. O, fotoqraf Məhəbbət Nəsirovun obyektivi qarşısına keçərək pozlar verib.