1 Sentyabr 2014 18:42
6 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hermes” bir əfsanə. 175 illk tarixi olan bu brendi əfsanə adlandırmağım təsadüfi deyil. “Hermes" ən qədim tarixi olan lüks brendlərdən biridir. Dünyada onun çantasına sahib olmaq istəməyən qadın yoxdur. “Kelly”, “Birkin”, “Constance” fərq etməz, yetər ki, “Hermes” çanta olsun! Bu adlar bəlkə qulağa yad gələ bilər. Amma bunlar məşhur fransız markasının əfsanələşmiş çantalarının adlarıdır.

Teleqraf.com tabloid.az-a istinadən 175 illik tarixi ilə Fransanın köklü çanta markası olan “Hermes” brendini təqdim edir: “Kelly” modelinin ilham mənbəyi şahzadə Qreys Kellidir. Tək qulplu bu model 1956-cı ildə Monoko şahzadəsi Qreys Kelli hamiləliyini gizlətmək üçün istifadə etdikdən sonra məşhurlaşıb. Onun çantanı qarnının üzərində tutması fotosu bütün qəzetlərdə nəşr edilmişdir. Təbii ki, bundan sonra da bu çanta modeli şahzadənin adı ilə məşhurlaşdı.

“Kelly” modelinin ilham mənbəyi şahzadə Qreys Kellidir. Tək qulplu bu model 1956-cı ildə Monoko şahzadəsi Qreys Kelli hamiləliyini gizlətmək üçün istifadə etdikdən sonra məşhurlaşıb. Onun çantanı qarnının üzərində tutması fotosu bütün qəzetlərdə nəşr edilmişdir. Təbii ki, bundan sonra da bu çanta modeli şahzadənin adı ilə məşhurlaşdı.

Bu model hələ də istehsal edilir və nüfuzun simvolu hesab edilir.

Gələk “Kelly”dən də məşhur olan “Birkin” modelinə. Bu model adını məşhur aktrisa Ceyn Birkinden alıb. Hekayəsi də olduqca maraqlıdır.

1984-ci ildə təyyarə ilə səyahətə çıxan Ceyn Birkinin yanına “Hermes”-in icraçı direktoru Jan Luis Dumas əyləşir. Ceyn Birkin “Kelly” çantasının içində nəsə axtararkən Dumas ona “Mükəmməl bir qadın çantası necə olmalıdır?”, - deyə sual verir. Məşhur aktrisa əlindəki çantanın gündəlik istifadə üçün münasib olmadığını deyir və arzuladığı çanta haqqında danışır. Elə həmin ildə “Hermes” məşhur ulduzun istədiyi xüsusiyyətlərlə malik "Birkin" modeli hazırlayır və satışa çıxardır.

"Hermes Constance" modeli 1969-cu ildə təqdim olunub. Çanta Hermes sülaləsinin nümayəndəsi Konstansın şərəfinə belə adlandırılıb. Bu çantanı məşhur edən isə ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedi olub. Birinci xanım bu model çantalardan çox istifadə edib.

Сумка Constance от Hermes (фото 2)

Hazırda bu model çantanın qiyməti 3500 avrodan başlayır. Və bir çox məşhurların sevimli çanta modelidir.

Сумка Constance от Hermes (фото 4)

Сумка Constance от Hermes (фото 10)

Сумка Constance от Hermes (фото 13)

Сумка Constance от Hermes (фото 19) “Hermes” marka çantalar dünyada ən bahalı çanta markalarından biri kimi tanınır. Marka yeni dizaynları ilə bu iddiaları haqlı çıxarır.

Fransız moda evinin dizaynerləri dünyanın ən bahalı çantalarını istehsal edərək adlarını tarixə yazdırıblar. Məsələn, şəkildəki çanta 1.980.034 dollarlıq qiyməti ilə şok effekti yaradır.

“Financial Times”ın xəbərinə görə, “Hermes” bu çantaları lüks materiallardan və bahalı daş-qaşlardan hazırlayıb. İki il davam edən işin sonucunda 4 fərqli çanta dizaynı ortaya çıxıb.

Şəkildə gördüyünüz “Kelly” çanta timsah dərisindən hazırlanıb və üzərinə 1.600 ədəd brilyant düzülüb. Çantanın ağır olmaması üçün ölçüləri kiçildilib. Çox dəyərli və bahalı olduğundan marka hər dizayndan cəmi 3 ədəd istehsal edib. Yəni bu çanta seriyasından bütövlükdə 12 ədəd istehsal edilib.

Çantaları kimin alacağına gəldikdə “Hermes”-in icraçı direktoru Patrik Tomas "Heç bir fikrim yoxdur. Amma bu çantanı alan şəxsin 2 mühafizəçi tutacağını düşünürəm. Deyəsən, biz bir az ağlımızı qaçırmişıq”.

Onu da qeyd edək ki, məhsullarını narıncı qutu içində satılması xoşbəxtlik rəmzidir.

Галстуки от Hermes

Qadınların röyası

Od qiymətindəki çantalar kişiləri əsəbiləşdirsə də, qeyd etməliyəm ki, qadınlar “Hermes” çantasına sahib olmaq üçün növbə gözləməyə hazırdırlar. Yəni mağazaya girib pulunuz olsa belə “Hermes” çanta alıb çıxmaq mümkün deyil. Bir çantanın istehsalı 48 saatdır. Əl işi olan çantalar məhdud sayda bazara çıxarılır. Tələbin yüksək olması səbəbindən çanta sifarişlə hazırlanır. Buna görə də mağazaya girib özünüzə canınız istəyəndə bir “Birkin” çanta ala bilməzsiniz. Bunun üçün ən yaxşı halda bir il gözləməlisiniz. Bu da o deməkdir ki, istənilən yerdə qarşınıza çıxan “Birkin” həqiqi deyil.

Modelindən asılı olaraq qiymətləri fərqlidir. Təqribən 4000 min manatdan başlayan qiymətlər 2 milyona qədər çatır. “Birkin” 10 min dollardan başlayır. Timsah dərisi “Birkin”ə üstünlük versəniz 34 min dollar xərcləməlisiniz. Aksessuarları qızıldan hazırlanan “Birkin” çantaların qiyməti 65-80 min avro arasındadır. Əgər 1000-2000 dollara “Birkin satılırsa deməli saxtadır. Çünki ikinci əl “Birkin” 4-5 min avrodur.

Məlumat üçün bildirək ki, bu çantaların üzərində heç vaxt kağız etiket olmaz. Çünki belə saxta etiketi düzəltməkdən asan heç nə yoxdur. Orijinal “Hermes”in qıfılı və açarı olur. Qıfılın altında “Hermes” sözü yazılır. Və açar qıfılın nömrəsi ilə eyni olur. Qıfılın açılma nöqtəsində iki ədəd çuxur olur.

Niyə bu qədər özəl?

Bir çantanın qiymətinin bu qədər bahalı olması qadınları növbəyə yazılmaqdan çəkindirmir. Təsadüfi deyil ki, "Hermes" çantaları haqqında "Qadınların ağlını başından alır, kişilərin əsəblərini oynadır" deməyiblər.

“Hermes” markasının iftixarı olan “Kelly” və “Birkin” çantaları qədər markanın əl işi olan səyahət çantaları da çox populyardır. Ustalardan ibarət xüsusi qrupun hazırladığı çantaların bütün tikişləri əl əməyidir. Çantaların bu qədər bahalı və özəl olmasının səbəbi onun tamamilə əl işi olmasındadır. Ənənəvi üsullarla və xüsusi sənətkarlıqla hazırlanan çantaların materiallarına yüksək məbləğdə xərc çəkilir.

Artıq klassikləşmiş çantalar heç vaxt dəbdən düşmürlər. Xüsusilə, timsah dərisindən düzəldilən modellər həqiqətən möcüzədir. Nə köhnələn, nə də dəbdən düşməyən “Hermes” çantalar sərmayə qoyulması lazım olan aksessuarlar arasındadır. Təbii ki, bunun üçün ən azı 3500-4000 avroluq büdcəniz olmalıdır!

Kimlər istifadə edir?

Markanın xüsusi müştəriləri arasında hersoq və hersoginya Vindsor, Con F. Kennedi, Cek Kennedi, Sammi Adams, İnqrid Berqman, Lauren Bacall, Hemfri Boqart, Romi Şinayder, Katrin Denöv, və Qreys Kelli var. Günümüzdə isə Paris Hilton, Nikol Kidman, Culiana Mur, Ell Makferson, Elizabet Harli, Madonna, Sara Cessika Parker, Keyt Moss, Eva Lonqoriya və Viktoriya Bekhem kimi tanınmışlar var.

Dünya şöhrətli stil ikonası Viktoriya Bekhem “Hermes” çantaların aşiqdir. “Birkin” çantasının ilham mənbəyi Ceyn Birkin olsa da, bu çantanı ən çox işlədənlər arasında olan Viktoriya Bekhem xüsusilə “Birkin” modelinin populyarlaşmasına böyük töhfə verir. “Hermes” markasının ayaqlı reklam lövhəsi hesab edilən Viktoriyanın evində 100 ədəd "Hermes" çantadan ibarət kolleksiyasının olduğu deyilir. Bunun da dəyəri təxminən 2 milyon dollardır. Əksəriyyəti “Birkin” modellərindən ibarət olan bu kolleksiyada bir çox fərqli rəng və model mövcuddur. Bu kolleksiyada “Hermes Baccara Crocodile” çantalar, “Hermes Kelly Lizard Pochette” və “Hermes Kelly Pochette” modelləri var.

Adətən hava limanında “Hermes Birkin” çantası ilə obyektivlərə poza verən Viktoriya məşhur dizaynerlərin bahalı libaslarını və öz markasının kolleksiyanı yenə bu çantalarla kombinə edir. O, “Hermes”-in xüsusi dəridən məhdud sayda istehsal etdiyi çantaların da sahibəsidir.

“Hermes” 25 saniyəyə bir şərf satıb

Рекламная кампания коллекции платков от Hermes

“Hermes” yaylığı dünyanı əbədi fəth edən aksessuarlardan biridir desək yanılmarıq. “Hermes” yaylıq və dəsmalları bir çox kişi və qadınların arzusudur. Kimisi onları istifadə etmək, kimisi sadəcə öz kolleksiyasını zənginləşdirmək üçün alır.

“Hermes” yaylığının qiyməti təxminən 300-400 avrodur. Köhnə kolleksiyadakı modellərin qiyməti bir neçə min avroya satılır. Bu göz oxşayan yaylıqların oxşarının, saxtasının hazırlanması təəccüblü deyil.

“Hermes” yalnız dörd ölçüdə yaylıq buraxır.

1. 140х140см, ipək muslin, ipək və kişmir material.

2. 90х90см. Dünyada ən populyar yaylıq bu ölçüdədir. İpək sarja və ya onu tvil də adlandırırlar. Fransızlar sadəcə, "KAPE” - ipək trikotaj və kişmir onun adlandırırlar.

3. 70х70см, sarja ipək material.

4. 53х53см, sarja ipək material.

Həmçinin şərflər, palantin, pambıqdan vintaj yaylıqlar buraxılır. Ən tələb olunan KAPE modelidir. Yaylıqların ağırlığı 65 qramdır.

İndiyənə qədər bir-birini təkrar etməyən 25 min model dizayn edilib. Ən populyar at motivləridir. Ötən əsrin 70-ci illərində bu model şərflər o qədər populyar idi ki, hər 25 saniyədə biri satılırdı. Həmin illərdə təxminən 1,1 milyon ədəd şərf satılıb.

“Hermes” şərfi haqqında maraqlı məlumatlar:

1956-cı ildə Böyük Britaniyada üzərində kraliça II Yelizavettanın şəkilləri olan poçt markaları buraxılıb. Markanın üzərindəki şəkildə kraliçanın “Hermes”in ipək şərfini taxdığı görünür.

Şahzadə Qreysin əli sınanda o, “Hermes” şərfi ilə onu sarıyıb.

Hollivud aktrisası Şeron Stoun "Əsas instinkt" filminin səhnələrinin birində “Hermes” şərfini istifadə edib.

Şirkət 1949-cu ildə kişi qalstuku istehsal edib. O vaxtdan indiyə qədər qalstuklar şərflərin hazırlandığı ipəkdən tikilir.

софи лорен

одри хепберн

Ailə şirkəti ənənəsi pozulsa da...

Əslində məşhur brend təkcə çanta istehsal etmir. “Hermes” lüks bir moda evidir. Geyimdən dəri aksessuarlara, ətriyyatdan ev əşyalarına qədər məhsul istehsal edən bir markadır. Bir çox sektorda adını eşitdirən “Hermes” markası moda dünyasında lüks, nüfuzlu moda evi olaraq tanınır.

Brendin inkişaf tarixi çox qeyri-adidir və maraqlıdır. 1837-ci ildə gənc Teri Hermes Almaniyadan Fransaya öz işini qurmağa gəlib. O, atçılıq sahəsi üçün əla keyfiyyəti və üslubu olan aksessuarlar istehsalı ilə məşğul olmaq istəyirdi.

O vaxtlar at sürmək aristokratların və iş adamlarının həyatının ayrılmaz hissəsi idi. Ona görə də Teri müştəri sarıdan kasıbçılıq hiss etmədi. “Hermes” tələbkar müştərilərin zövqünü oxşayan məhsulları ilə uğur qazanır. Yəhər, qoşqu ləvazimatı, qamçılar, bir qədər sonra isə “Hermes”in dəridən hazırladığı çamadanları, yol çantaları və digər kiçik aksessuarları bütün Fransada şöhrət qazanır. Bu da ona cəmiyyətdə öz mövqeyini vurğulamaq və yaşayış səviyyəsini yüksəltmək üçün bir fürsət idi.

Çerri Hermes tərəfindən yaradılan firmanın müştəri portfelində Avropalı nəsillər yer alır. Atadan oğula keçən firma hər yeni nəsillə bir az daha genişlənib inkişaf etmişdir. Çerri Hermesin oğlu Çarlz Emil Hermes atasından öyrəndiyi işi Avropa, Asiya və Amerikada elit cəmiyyətə tanıtdı. Çarlz Emil Hermesin oğulları Adolf və Emil Moris isə markanın adını “Hermes Freres”ə dəyişdirdi. Xüsusi dəri emalatxanası açan marka bir çox uğurlu usta və sənətkarı brendlə əməkdaşlığa dəvət edib. Əlcək, kəmər, qadın-kişi idman geyim məhsullarına yönələn markanın məhsulları arasında ev tekstili, mebel, gümüş və çini ev aksessuarları, kukla kolleksiyaları da var.

Markanın yüksəlişi illəri:

1922-cil il. İlk dəri çantaları istehsal edən uğurlu dizayn qrupu illər keçdikcə fərqli rənglər, ölçülər və qəliblərdə yeni çantalar hazırlayıb.

1924 –cü il. Amerikada və Fransada iki xüsusi mağaza açılıb.

1929-cü il. Markanın Parisdə ilk haute kutyur kolleksiyası sərgiləndi.

1935- ci il. Markanın ən böyük nailiyyətlərindən biri olaraq qəbul edilən “Kelly” çantalar hazırlanıb.

1937-ci il. Jeu des Omnibus et Dames Blanches adı verilən özəl istehsallı şərflər istehsal edilib. “Hermes” şərfin ən mühüm özəllyi odur ki, o möhkəm ipəkdən parçadan hazırlanıb.

1951-ci il. İlk ətir kolleksiyası çıxarılıb. 57 ildir ki, qadın və kişi ətirləri istehsal olunur.

1984-cü il. Ceyn Birkinin ideyalarına sadiq qalaraq “Birkin” çanta hazırlanıb.

1998-ci il. Martin Margiela markanın dizayn direktoru oldu.

2000-ci il. Barselonada, Tayvanda, Moskvada mağazalar açılıb.

2006-cı il. Hermes ailəsinin beşinci nəsili Jan Luis Dumas “Hermes” ailə şirkətindən ayrılıb. Onun yerinə Patrik Tomas gəldi. “Hermes” əvvəllər bir ailə şirkət idi. Patrik Tomas gələndə bu ailə ənənə pozuldu. Amma Tomas böyük bir irsə malik olan “Hermes” markasının daha da yüksəlməsi üçün çox işlər görüb.


Müəllif: