ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları olub.
Teleqraf.com xəbər verir ki, Tahir İmanov 1 aprel gülüş günündə başına gələn maraqlı əhvalatdan danışıb:
O, ən məşhur 1 aprel zarafatının 1995-ci ilə təsadüf etdiyini bildirib:
“O vaxt biz Heydər Əliyev sarayında aprelin 1-i komandayla çıxış etməli idik. Danışdıq ki, 1 aprel günü saat 2-də əsas məşqi keçirək. Ondan sonra 1- 2 saat istirahət edək və axşam saat 7-də də konsertimizə çıxaq. Bəhram 31-i gün mənə zəng edib dedi ki, vaxt dəyişib, sən saat 10-da gəl.
Mən də dəqiq, punktual adam kimi 10-nun yarsı orda oldum. Gəlmişəm sarayın arxa qapısına və heç kim yoxdur. Təkcə mühafizə xidmətinən olan bir nəfərdir. Məni görüb təəccübləndi ki, qardaş nə olub, nə xəbərdir? Deyirəm ki, məşqə gəlmişəm. Deyir ki, axı heç kim yoxdur. Bir azdan gələrlər dedim və 3 saat yarım mən bunları gözləmişəm. Sonra gördük ki, Bəhram gülə-gülə gəldi”.
Əməkdar artist gülüş günü özlərinin xalq artisti Bilal Əliyevə etdiyi zarafatdan da söhbət açıb:
“Anar Məmmədxanov xalq artistinin sənətini çox sevirdi, ona böyük dəyər verirdi. Biz birlikdə Amerikaya getmişik. Hətta Bilal Əliyev Nyu-Yorkda “Planet Parni iz Baku”nun konsertində də iştirak edib. Çox yaxın ünsiyyətimiz var idi, o qədər yaxın idik ki, zaraftlaşa da bilirdik.
Dedim sabah, yəni aprelin 1-i Anarın çox vacib qonaqları olacaq. Sən ora bir surprizlə əlində qaval, başında papaq bir dəstə gülnən, içəri girəndə təsnifdən və ya müğamdan oxuya-oxuya gəl. Bir də gördüm ki, Anar zəng edir ki, neynəmisiz? İndi belə zarafatlar etmirik. Demək olar ki, uşaqlığımızın son gecəsi idi”.
Verlişin video-görüntünüsü təqdim edirik: