Türkiyənin məşhur aktrisası Türkan Şorayın Yeşilcam filmlərindəki tərəf müqabili Kadir İnanır barədə açıqlamaları hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, Kadir İnanırın lovğa olduğunu deyən Türkan Şoran eşidənlərin reaksiyasından sonra zarafat etdiyini söyləyib.
“Kadir çox lovğadır, sizcə də, elə deyilmi? Nə isə zarafat elədim, zarafat”, - deyə sənətçi bildirib.
Onun sözlərinə görə, 50 illik kino karyerasında Kadir İnanırla birgə oynamaqdan daha çox zövq alıb: “Uzun illərdir onun adını çəkirəm. Amma o mənim adımı anmır. Buna görə də bir az küsmüşəm. Kadir çox lovğadır, elə deyilmi?”
Türkan Şoray özünü ulduz hesab etmədiyini deyib.