12 Aprel 2019 21:13
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni-aktrisa Harika Avcı keçmiş sürücüsü Emreyi polisə şikayət edib.

Teleqraf.com xəbər verir ki, sürücü Avcıya mesaj yollayaraq, görüşmək istədiyini deyib. Etiraz mesajı alan sürücü onu təhdid etməyə başlayıb.

Daha sonra isə Emre dostları ilə birlikdə ifaçının evinə gedib. O, qolunda gizlətdiyi bıçaqla Avcını hədələyib. Daha sonra evə girən Emre ətrafı dağıdıb. Sürücü və dostları ilə Avcının işçiləri arasında dava çıxıb.

Evdə çalışanların araya girməsi nəticəsində sənətçi yaralanmaqdan xilas olub. Harika dərhal polisə şikayət edib.


Müəllif: Teleqraf.com