Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni ekran işinə dəvət alıb.
Teleqraf.com xəbər verir ki, "Cemil Şou" adlı filmdə Nəsrinin tərəf müqabilləri Ozan Çelik, Alican Yücesoy və Cezmi Baskın olacaq.
Ekran işinin rejissoru isə Barış Sarhandır. Filmin çəkilişlərinə iyun ayında başlanacaq.