Müğənni Mehrim Publika.az-a ona narkotik təklif edənin kimliyini qismən açıqlayıb. Müğənni ona narkotik təklif edənin məşhur prodüsser olduğunu deyib. Müğənni ad çəkməsədə həmin prodüserin cinsi oriyentasiyasının da fərqli olduğu bildirib.
13:22
Müğənni Mehrim Publika.az-a şok açıqlamalar verib. Sənətçi bildirib ki, bir zamanlar pis vərdişlərdən əziyyət çəkib: “Zamanında möhkəm iradəmin sayəsində pis vərdişlərə tövbə etmişəm. İçki içmək, siqaret çəkmək insanı ölümə, uçuruma aparır. Ona görə də həmişə ətrafımdakılara nümunə olmağa çalışmışam. Mənə baxıb çoxları pis vərdişlərə tövbə ediblər. Çünki eşidiblər ki, mən artıq çəkmirəm. Səkkiz aydır ki, siqaret çəkmirəm və bundan sonra da çəkməyəcəyəm”.
Sənətçi bildirib ki, bir vaxtlar ona narkotikdən istifadə etmək təklifi də olunub: “Çox xoşbəxtəm. Allahdan nə istəmişəmsə, hamısının xeyirlisini mənə yetirib. Bu aləmə qatıldığım gündən indiyə kimi heç vaxt narkotikdən istifadə etməmişəm. Amma mənə şou-biznesdə narkotik istifadə etmək təklif edənlər olub. Lakin heç birini qəbul etməmişəm”.
Mehrim sənət yeniliklərindən də danışıb: “Tezliklə yeni mahnımı və klipimi tamaşaçılara təqdim edəcəm. Başqa yeniliklərim də olacaq. Qoy baxıb görsünlər ki, sənət nə pulla, nə də yekəqarın sponsor daydayla ölçülmür. Sənətin tərkibi insanın qanında axmalıdır. Bu, irsi bir şeydr. Mən çox xoşbəxt insanam”.