8 Noyabr 2019 17:16
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya Ayxan xalq artisti kimi ilk layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçi bu dəfə əməkdar artist Ədalət Şükürovun repertuarına müraciət edərək “Dedin yox” mahnısını ifa edib.

Sözləri və musiqisi Ədalət Şükürova məxsus bəstəyə kiçik dəyişiklik edilərək bir misra əlavə olunub. Müəllifi Tural Manaflı olan şeir Röya Ayxan tərəfindən səsləndirilib.

Xalq artisti bəstəni ekranlaşdırmaq üçün rejissor Fərhad Əliyə müraciət edib, klipin çəkilişləri Bakıda baş tutub.

Layihə Röya Ayxanın “YouTube” səhifəsində yayımlanıb. Bundan əlavə, mahnı “Apple Music”, “Spotify”, “Deezer”, “Muud” kimi musiqi yükləmə platformalarında öz yerini tapıb.

Qeyd edək ki, Ədalət Şükürov həmin mahnını 2014-cü ildə ifa edib.


Müəllif: Teleqraf.com