Xalq artisti Faiq Ağayev İctimai Televiziyada “3D” verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, Faiq Ağayev Dadaş Dadaşlinskinin “Sizinlə küsülü olanların əksəriyyəti qadınlardır. Xanımların sizinlə yola getməməsinin səbəbi nədir?” sualına belə cavab verib:
“İnsan nə edirsə, özü edir. Bəylər arasında heç vaxt rəqabət olmayıb. Rəqib çıxanlar xanımlar olublar. Bəziləri ilə dost olmuşam, bəziləri ilə isə danışmıram”.
“Bir ara eştdim ki, Milli məclisə deputat olmaq istəyirsiniz” sualına cavabda xalq artisti deyib: “Qonşu kanalda çalışan həmkarınız dedi ki, mən sizi o kürsüdə görürüəm. Bununla söhbət bitdi. Daha sonra müzakirələr başladı. Seçkilər gələn ildir və bir il də gözləyək və o zaman daha dəqiq cavab alacaqsınız”.
Faiq Ağayev yaşadığı ərazinin millət vəkilinə səs vermədiyini də bildirib:
“Bir neçə il məlum bir fiqur oldu. Etiraz olaraq o insanı deputat görmürdüm deyə seçkilərə getmədim. Mənə elə gəldi ki, şəxsi etirazımı belə göstərsəm daha düzgün olar. Çünki bilirdim namizəd kimdir. Ona görə də getmirdim”.
Qeyd edək ki, Faiq Ağayev xalq artistləri Flora Kərimova, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva ilə küsülüdür.