Türkiyəli müğənni Sıla ötən gecə konsert verib.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, konsertə dəqiqələr qalmış yağışın dayanması Sıla və tamaşaçıları sevindirib.
Gecədə baş verən maraqlı hadisələrdən biri kişi pərəstişkarından birinin "öpüş" istəməsi olub.
İfaçının cavabı da gecikməyib: "Yox daha nələr, məni öpmək elə asan mı? Bax gözəl bir mahnı daha, öpüş kimi məndən sizə hədiyyə gəlsin ".
Təxminən üç saat davam edən gecədə Sıla səhnəyə Çingiz Abazoğlu imzalı paltarla çıxıb.
Rüstəm