Xalq artisti Zeynəb Xanlarova uzun illərdən sonra Azərbaycanda konsert verəcək.
Teleqraf.com xəbər verir ki, o, 12 ildən sonra yenidən solo konsertlə tamaşaçıların görüşünə gələcək.
Bakı Konqres Mərkəzində baş tutan konsertin təşkilatçısı “Peachline” və “Kevents Group” şirkətləridir.
Bu barədə konsertin təşkilatçıları məlumat verib. Onların sözlərinə görə, konsert 2020-ci ilin 18 mart tarixində keçiriləcək.
Gözlənilən konsertin biletlər artıq satışdadır.
Xatırladaq ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayında konsert vermişdi.