Müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallı sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Kami Zeynallı İnstaqramda övladına vaxt ayıra bilməyən qadınları tənqid edib:
“Analar var ki, saatlarla gözəllik salonlarında otururlar, uşaqlarından xəbərləri olmur. Analar var deyir ki, mən övladıma ən bahalı ayaqqabını geyindirirəm, paltar alıram. Nə olsun ki, bahalı alırsan? Əsas odur, xoşbəxtlik verə bilmirsən.
Bəzi analar restoranlardan yığışmırlar, guya uşaqlarını hər gün gəzməyə aparırlar. Özlərinə sərf edir deyə balaca uşaqları da restoranlara aparırlar. Amma uşaq oradan həzz almır. Adı da olur ki, hər gün usağı gəzdirir. Sonra deyirlər ki, uşaqlar atasını daha çox istəyir.
Çox vaxt anaları rəfiqələri də yoldan çıxarırlar. Ana olmaq, doğmaq asandır. Amma əsl ana olmaq hər qadının işi deyil. Övladına var-dövlət vermək, onu bahalı yerlərə aparmaqla ana olmur. Övladlarınıza vaxt ayırın, sonra gec olar”.
Qeyd edək ki, Kamil Zeynallı ilə Gülay Zeynallı evlidir. Cütlüyün Sahilə adlı qızı var. Bir müddət əvvəl Gülay Zeynallı da övladına vaxt ayıra bilməməkdə şikayətlənmişdi.