30 Yanvar 2020 18:25
17 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Dana Durdana “Ona qalsa” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, 12 ildir həsrət qaldığı oğlundan danışıb: “8 il xərçəng xəstəliyindən əziyyət çəkmişəm. 17 yaşımda bilirdim ki, xərçəngəm. Yaşım az idi, imkanım yox idi deyə övladımı götürüb baxdılar. Bala dərdi çəkmişəm, yetərli qədər.

Sumqayıtda balam öz atası ilə böyüyür, sadəcə o balanı öz mühitində böyüdür. Atası evlənməyib, 47 yaşı olacaq. Mənim 34 yaşım var, o mənim dayım oğludur. Uşağıma atasıgil yaxşı baxır. Bəzi nüanslar var. Məni ana kimi sındırdılar. Həyatın bir qanunu var. Anadan sınmışdım, baladan da sındım. Yenə də övladımı gözləyirəm.

12 ildir balamdan ayrıyam. Onu görməyə çox cəhd etmişəm. Kiçik övladımın adını ona uyğun qoymuşam. Böyüyün adı Murad, balacanın isə Maraddır. Mən o övladımı xərçənglə dünyaya gətirmişəm. Amma ayırdılar, məni də Allah anamdan ayırdı. Çox pis oldum, mənə dağ çəkildi.

4 yaşında imkan olub deyə balamı götürüblər. Mən sadəcə demişəm ki, saxlayırsınızsa, ana kimi gəlim baş çəkim, sonra çıxım gedim. Onu da mənə çox gördülər. Oğlumun artıq 7 yaşı vardı. Mən tək, onlar çox idilər.

Amma analıq adını almaq olmaz. İndi mənim yaralı yerim budur. Adətən, mənimlə kimsə dalaşanda o, yaralı yerimə ayaq basır. Axırıncı dəfə böyük oğluma sual verildi ki, istəyirsənsə ananla çıxıb gedə bilərsən. Dedi ki, bu qadını qovun çıxsıb getsin, o mənim atamı döyəcək. Üstümə çox hücumlar oldu. Mən sadəcə uşağımı görüb çıxıb getmək istədim. Axı mən əxlaqsız qadınlardan deyiləm. O uşaqdan ötrü bilirsiz başıma nələr gəldi?”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər