Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bal ayına İndoneziyada yerləşən Bali adasına getməsinin səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva İnstaqramda bu sözləri yazıb: “Niyə məhz Bali adası? Bu sual mənə çox insandan gəldi. İki seçim arasında qalmışdıq, Avropa turu yoxsa Bali? Seçimimiz Bali adası oldu. Çünki yorğun idik və dincəlmək üçün passiv istirahəti seçdik. Düzdür, passiv istirahət üçün Dubay, Maldiv adaları və ya tamam başqa yerlərə də gedə bilərdik. Amma bizə çox sıradan gəldi, çünki bütün ətrafımızın seçimi ora olub. Bali adasında çoxlu gəzməli, görməli yerlər var, muzeylər, zooparklar, restoranları və s. Möhtəşəm təbiəti var. Meşəsi kimi okean ətrafı da gözəldir. Biz bu müsbətlərinə görə buranı seçdik”.
Qeyd edək ki, Aynişan Quliyeva fitness məşqçisi Kənan Əliyevlə evlənib.