Məşhur aktrisa Sevinc Əliyeva sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, aktrisa İnstaqramda yeni fotosunu bu sözlərlə paylaşıb:
"Elə anlar olur ki, etməyəcəyin şeyləri edirsən, dözə bilmərəm dediyin hər şeyə dözürsən. Sevmərəm, deyib sevirsən, getmərəm deyib, bir anda yorulub gedirsən.
Və hər imtahan yolunda insan bir az da özünə yaxınlaşır. Əsas özünü itirməyəsən, yeni səhifəyə keçməkdən qorxmayasan".
Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla evli olub. Cütlüyün üç övladı var.