"Xəzər" Televiziyasının rəhbəri, xalq artisti Murad Dadaşovun göstərişi ilə "İncilər" verilişini bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu haqda "İncilər" verilişinin əməkdaşları məlumat veriblər.
Qeyd edək ki, veriliş "İncilər" media qrupunun rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun qaynı oğlu Azər Vəliyevə məxsus idi.