Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.
Teleqraf.com fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir:
- Aynişan xanım, ana olmaq istəyirsinizmi?
- Düşünürəm ki, hər bir qadın ana olmaq istəyir. Mən uşaqları çox sevirəm. Aldığım savad və tərbiyəyə söykənərək düşünürəm ki, gələcəkdə məndən çox yaxşı ana olacaq.
- Adınızın mənası nədir?
- Adımı anam qoyub, mənası "ayın nişanəsi" deməkdir.
- Bu qədər arıqlamağınızın səbəbi nədir?
- Arıqlamamışam. Sadəcə yorğunluqdan üzüm çöküb. 51 kiloyam.
- Son zamanlar həyat yoldaşınızla sosial şəbəkədə az şəkil paylaşırsınız. Səbəb nədir?
- Evləndikdən sonra şəkil çəkdirmək yada düşmür. Ümumiyyətlə, mənim çox yaxın insanlarla şəkillərim azdır.
- İnsan hansı hərəkəti ilə gözünüzdən düşə bilər?
- Başqasından istifadə etməsi, üzlü, ikiüzlü, yalançı olması...Say-say bitməz.
- Ananız Aybəniz Haşımovanın səhhəti necədir?
- Şükür, mübarizə aparır. Hamımızın başı anama qarışıb. Özünün də xoş sözlərə, dəstəyə ehtiyacı var. Çünki o, həmişə güclü olub, bu halını özünə sığışdırmır. Onu bu günlərdə kəşf etdim və qürur duydum.