Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə onun səhhətindəki son vəziyyət haqqında danışıb.
Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında Bəhram Bağırzadənin səhhətində yaxşı olmadığını deyib: "Səhhəti yaxşı deyil, ağırdır, stabildir. Heç bir irəliləyiş yoxdur. Sadəcə gözləyirik".
Qeyd edək ki, Bəhram Bağırzadə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. Onun ağciyər toxumasının 90%-dən çoxu zədələndiyi üçün ECMO cihazına qoşublar.