Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş əməkdar artist Bəhram Bağırzadənin səhhətindəki son vəziyyətlə bağlı həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.
Şəhla Bağırzadə Teleqraf.com-a açıqlamasında əməkdar artistin komadan çıxdığını bildirib: "Bəhram Bağırzadə komadan ayılıb. Gecə saatlarında həkimlərin suallarına cavab verib. Dərmanla komaya salınmışdı, dərman kəsildiyinə görə komadan ayılıb".
Qeyd edək ki, Bəhram Bağırzadə iyun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə yerləşdirilib. Əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.