9 Oktyabr 2014 10:55
2 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyirlər ki, iş yerində əməkdaşların əksəriyyətini qadınlar təşkil edirsə, kollektivdə işləmək çətindir! Bu, qismən doğrudur: Axı biz, "zəif" cinsin nümayəndələriyik, özümüzü çətinliyə salırıq, bu isə heç nədən bir xeyli problemlərin yaranmasına gətirib çıxarır. “Nargis” jurnalının redaksiyasının qızları da çox müxtəlif xarakterlidirlər, hər birinin müsbət və mənfi cəhətləri var. Amma həyat eşqi və irəliyə getmək istəyi onları birləşdirir! Bu kifayət qədər çətindir, amma kim deyib ki, asan olacaq? Əsas odur ki, öz yolunu tapa biləsən. Həm Robert Xaynlaynın dediyi kimi “Qadınlar və pişiklər istədikləri kimi hərəkət edirlər. Kişilərin bununla barışması daha yaxşıdır".

Tabloid.az “Nargis” jurnalının “Gündəlik” bölməsinə jurnalın baş redaktoru Ülviyyə Rəhmanovanın, jurnalın məsul redaktor Könül Nağıyevanın verdiyi müsahibəni təqdim edir:

Baş redaktor Ülviyyə Rəhmanova

- Yad planetlilərə inanırsınız?

- Evdə tək olanda istər-istəməz inanmağa başlayıram.

- “Nargis” jurnalında sevimli əməkdaşınız kimdir?

- Hamıya yaxşı yanaşıram: ya hamısı, ya da heç kim.

- Yay, yoxsa qış?

- Yayda-yay, qışda-qış.

- Məhəbbət 3 il yaşayır?

- Cavab vermək istəmirəm.

- Qoy həmişə nə olsun...

- Sağlam uşaqlar və gənc ana.

- Gözəl olmaq, yoxsa ağıllı olmaq?

- Mehriban, xeyirxah, gözəl və ağıllı.

- Sevimli şərab növünüz?

- Quru, 12,5-13 faizi.

- Sizin aforizminiz:

- Əgər "Mübahisə yoxdursa, deməli, hər şey bitib". (“Üç yoldaş” E.M.Remark)

Məsul redaktor Könül Nağıyeva

- Hansı mahnı sizin qəlbiniz saundtreki kimi səslənir?
- Sting – “Practical arrangement”.

- Məhəbbət haqqında ən yaxşı roman?

- "İldırımlı aşırım" E.Bronte

- Qadın nə istəyir?
- Sonsuz diqqət və hədiyyələr.

- Siz dünyada nəyi dəyişmək istəyərdiniz?

- Uşaqlar xəstələnməməli və ölməməlidir.

- Dünyanın sonu harada yerləşir?

- Sevgi harada bitirsə, orda.

- Keçmiş həyatda siz nə olmuşunuz?

- Keyşa adlı geyşa.

- Sizin ünvanınıza deyilmiş ən gözəl kompliment hansı olub?

- "Ana, mən istəyirəm ki, arvadım sənə oxşasın".

- Sizin aforizminiz:

- "Həyat onu acgöz kişilərə, pis əhval-ruhiyyə və pəhrizlərlə xərcləmək üçün çox qısadır"!


Müəllif:

Oxşar xəbərlər