24 İyul 2020 11:36
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizi haqlı ola-ola haqsız çıxaracaqlar. Bu günlərin zəhmətini niyə məhv edirdiniz? Axı, indi biz aqressiyalı olduq. Bu məsələlər hüquq müstəvisində həll olunur, emosiyalarınızı cilovlayın".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova İnstaqramda yazıb.

O, xaricdə yaşayan soydaşlarımızı ermənilərin təxribatına uymamağa çağırıb:

"Onlar neçə gündür bizi təxribata sövq edir. Biz də onların əlinə "kozır" veririk. Nəticədə siz əməllərinizə görə məsuliyyətə cəlb olunacaqsınız. Bizi isə aqressor ölkəsi kimi qələmə verəcəklər. Bu da məğlubiyyət deməkdir, buna yol vermək olmaz. Əsla!

Odur ki, təcili dayandırın qanunsuzluqları. Təcili videoları silin. Biz burada öz vətənimizdəyik. Qürbətdə yaşayanlarımız yalnız videoda gördüyünüz boyunlu-buxunlu oğlanlardan ibarət deyil. Körpələri anaları, bacıları düşünün. Onların təhlükəsizliyinin keşiyində kim duracaq? Buraxın ermənilərin qanunsuz, əxlaqsız, murdar hərəkətləri yaşadığı ölkələrin hüquq müstəvisində öz həllini tapsın. Dövlətimiz bunun üçün çalışır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər