Tanınmış aparıcı Turan İbrahimov növbəti dəfə oğul atası olub.
Teleqraf.com xəbər verir ki, Turan İbrahimovun vizajist həyat yoldaşı Nərmin İbrahimova gecə saatlarında ana olub.
Nərmin İbrahimova bu haqda sosial şəbəkədə məlumat verib. O, "Ayın 17-ə hazılaşırdıq, amma qismət bu günə imiş. Allahın yazısını heç kim bilmir. Əməliyyat çox rahat keçdi. Mən və oğlum Mete yaxşıyıq"-deyə, qeyd edib.
Qeyd edək ki, Turan və Nərmin cütlüyünün Ömər adlı oğlu var.