Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin atası Remzi Gündeş 76 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, dörd yaşından atası ilə küsülü olan Ebru Gündeş gizlincə Remzi Gündeşi dəfn etdirib və ölümünü mediadan gizli saxlayıb.
İfaçının atası serroz xəstəliyindən əziyyət çəkirdi. Özəl xəstəxanaların birində müalicə alan Remzi Gündeşin həyatını xilas etmək mümkün olmayıb.