9 Yanvar 2021 10:05
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibinin həyat yoldaşı reper Dado (Səid Əliyev) boşanmaları haqda danışıb.

Teleqraf.com xəbər verir ki, Dado MTV Azərbaycan kanalına açıqlamasında bu sözləri deyib:

"Biz evlənəndən sonra başladılar ki, nikahınız saxtadır. Başa düşə bilmirdik nə baş verir, nəyə görə tamaşaçılar bizə inanmır. Tamaşaçılara sual verirəm ki, bu necə saxtalıqdır, biz bir yerdə heç bir iş görmədik?!

İndi boşanma xəbəri çıxanda tamaşaçılar istəmirlər ayrılaq. Bizi ayrı təsəvvür etmək istəmirlər. Ailə çox gözəl şeydir. Ailəni saxlaya bilmək çox çətindir. Bir-birimizə güzəştə getsəydik, hər şey yaxşı olardı. Mən Natavanın pərəstişkarı olmuşam və sevib evlənmişəm. O da məni sevib. Evdən bayıra çıxanda, hansısa tədbirə gedəndə avtomobildə nə qədər qırğın gedir...

Bu gün övladımıza görə bir yerdəyik. Heç vaxt istəməzdik ki, övladımız, atasız-anasız böyüsün. Ona görə də nə olur-olsun biz yenə evə qayıdırıq, uşağımızın yanına!".

Qeyd edək ki, Natavan Həbibi ilə Dadonun yaxın günlərdə boşanmaları haqda xəbərlər yayılmışdı.


Müəllif: Rəqsanə Həsənova