Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu mərhum meyxanaçı Aydın Xırdalanlı ilə arxiv görüntüsünü paylaşıb.
Teleqraf.com xəbər verir ki, Namiq Qaraçuxurlu İnstaqram hesabında həmkarı haqqında bu sözləri qeyd edib:
"Aydın gecə səhərə qədər yuxumdan çıxmayıb. Bir az yaxşılaşmışdı. Əhvalı yaxşı idi, bir az da kökəlmişdi. Saatlarla ona həvəsləndirici sözlər dedim, bəzən gözümdən qeyri-ixtiyarsız yaş gəlirdi, ondan gizlətməyə çalışırdım. Amma hiss edirdim görür. Həm də hiss edirdim ki, məsləhətlərimi əvvəlki kimi qulaq ardına vurmur. Söhbətimiz ona yaxşı təsir edirdi. Onda xəstəliyini müalicə etmək həvəsi çoxalırdı. Sağalacağına yenidən ümidlənmişdim.
Göz yaşı və baş ağrısı ilə ayıldım. Aydın isə yanımda deyildi. Allah sənin günahlarını bağışlasın, Aydın. Allah sənə rəhmət etsin".