Sosial şəbəkələrdə xalq artisti Rafiq Hüseynovun (Rəmiş) vəfat etdiyi xəbəri yayılıb.
Xalq artistinin həyat yoldaşı Gülü xanım Teleqraf.com-a açıqlamasında xəbəri təkzib edib: "Səhərdən mənə zəng edirlər. Yalan söhbətdir, Rəmiş sağdır. Səhhəti də əvvəlki kimidir".
Qeyd edək ki, xalq artisti qara ciyər xəstəliyindən əziyyət çəkir. Onun qara ciyər transplantasiyasına ehtiyacı var.