Uzun müddətdir sevgili olduqlarını inkar edən Türkiyənin məşhur cütlüyü Sinem Kobal və İbrahim Çelikkol nəhayət ki, jurnalistlərlə gizlənpaç oynamaqdan yoruldu.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikili ilk dəfə ötən gün Kanyonda birgə götüntülənib.
Məlumat üçün bildirək ki, Sinem Kobal ilk dəfə Rivada İbrahim Çelikkolla görüntülənəndə “İtlərimizin təlimi üçün getdiyimiz yerdə qarşılaşmışıq” demişdi. Bir neçə ay sonra “İnstaqram” sosial şəbəkəsində paylaşdıqları fotolarda bərabər olduqlarını hər kəsə duyuran cütlük bunu mətbuata açıqlamasında da qeyd etdilər. Ayşe Armana müsahibəsində İbrahim Çelikkol Sinemi çox sevdiyini etiraf etmişdi: “Sinemlə ofisdə tanış olmuşduq. Çox təbii və gözəl görünürdü, həm də səmimi idi. Mən belə qadınları sevirəm.
Uzun müddət dost olduq. Sonra Amerikaya həm tətilə, həm də təhsil almağa getdim. Telefonla danışırdıq, ancaq hələ münasibətlərimizin adını qoymamışdıq. Mən qayıdandan sonra sevgili olduq. Sinəmi çox sevirəm. Onu meşəyə aparıram, orada əl-ələ gəzirik. Sinəm də idmanı sevdiyi üçün onunla gəzməyi sevirik”. Sinemin Arda Turanla olan münasibətinə gəlincə isə İbrahim bunu anlayışla qarşıladığını bildirmişdi: “Hamının keçmişinə hörmət etmək lazımdır. Sinəmə də həmçinin”.
Sosial media və mətbuat vasitəsilə bir-birilərini sevdiklərini gizlətməyən cütlüyün ilk birgə görüntüsü isə ötən gün kameralara tuş gəlib. Kanyonda əl-ələ görüntülənən cütlük qəhvə içib, kinoteatrda filmə baxıb, jurnalistlərin suallarını isə cavabsız buraxıblar.
Pərvin