12 Fevral 2021 12:35
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceyhun Əli Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən azad edilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ceyhun Əli İnstaqram hesabında bu sözləri yazıb:

“Peşə xüsusiyyətimdən asılı olaraq fəaliyyətim hər zaman göz önündə olub. 17 illik televiziya fəaliyyəti dövründə hər zaman tamaşaçı üçün çalışmışam və onun yanında olmaq istəmişəm. Bu gün də bunu istəyirəm. Milli Məclis rəhbərliyi ilə fəaliyyətimi parlamentlə əməkdaşlıq müstəvisinə keçirmək barədə razılığa gəldik.

Milli Məclis sədri Sahibə xanım Qafarovaya qərarıma hörmətlə yanaşdığı üçün təşəkkürümü bildirirəm. Yaradıcı insanam və Milli Məclislə əməkdaşlığımız daha çox televiziya və PR layihələrlə davam edəcək. Hazırkı fəaliyyətimi isə televiziyada davam etdirirəm".

Aparıcı Teleqraf.com-a açıqlamasında fəaliyyətinə İTV-də davam edəcəyini bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər