19 Mart 2021 11:46
6 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan MTV-ə açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan ilk sevgisi haqqında danışıb:

“Hansısa mahnını ifa edəndə elə düşünürlər ki, onu kiməsə həsr etmişəm, öz həyatımdan oxumuşam. Xeyr, bu, belə deyil. 17 yaşımda “Söylə”ni oxumuşam. O vaxt sevgi barədə o qədər də anlayışım yox idi. İlk sevgim oğlumun atasına (iş adamı Anar Cəlilov) olub. Bir qadın kişini çox sevməlidir ki, ondan övlad dünyaya gətirsin. “Sənə qədər” mahnısını sevib övlad dünyaya gətirən qadınlar üçün oxumuşam”.

Xalq artisti tikdirdiyi villasından da söz açıb: “Hər şeyi qəbullanan insanam. Az varsa, az yeyəcəm. Beş ildir bir ev tikirəm, əksəriyyəti bir ilə bitirir, nazıyla oynayıram, bəzən ustadan küsüb tikintini dayandırıram. Evimdəki bir pilləkəni 8 dəfə sökdürmüşəm”.

Röya Ayxan ona söz atanlara da cavab verib: “Onlar mən olan yerdə deyillər, balacalarla işim yoxdur. Əlindən tutub gətirdiyim qızlar, oğlanlar, mən sizə ancaq qapı aça bilərəm. Üzünü mənə tutan hər bir insana qapımı açaram. Ancaq nələrsə danışanlar bilsinlər ki, onları görmədiyim üçün cavab vermirəm, yanımda yoxdurlar. Ancaq gördüklərimə cavab verirəm”.

Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan 4 günlük “Nazlı” adlı konserti barədə də məlumat verib: “Pandemiyadan sonra konsertlərim mütləq olacaq. Biletini qaytarmaq istəyə də bilərlər. Mən hər gün üçün 80 min manat vermişəm. İşıq, icarə və sair… Ümumi 300 min ödəmişəm. Bu konserti etməliyəm. Narahat olmayın, konsert daha möhtəşəm bir şəkildə baş tutacaq”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər