20 Mart 2021 00:36
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova "Elgizlə izlə" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyev ilə tanış olmasından danışıb: "Nigara zəng etmişdim, elə bildim ki, telefonu onun dayısı götürüb. Dedi ki, indi Nigar gələcək. Onunla dərsdən, yorulmaqdan danışdım. İki saata yaxın söhbət etdik. Sonra bacım qızını Bülbül adına Musiqi Məktəbinə aparacağımı dedim. O isə Nigarın dayısı olmadığını və adının Ədalət olduğunu bildirdi. Əsəbləşdim və telefonu söndürdüm. Səhər bacım qızını məktəbə aparanda bir oğlan mənə yaxınlaşdı ki, sizinlə telefonda danışdıq, adım Ədalətdir. Sonra məndən ev telefonunun nömrəsini soruşdu, bacım qızı nömrəni dedi. Ondan sonra Ədalət müəllim zəng etməyə başladı. Sonra bir neçə dəfə instituta gəldi. Beləliklə də münasibətimiz başladı".

Brilliant Dadaşova mərhum xalq artisti İlhamə Quliyeva ilə münasibətindən də danışıb: "İlhamə Quliyevanı proqramımda tərifləyirdim, sədrə deyirdi ki, verilişini bağla. Onun ifasını hər zaman sevmişəm. Hətta onun kimi oxumağa çalışırdım. Həmişə tərifləyirdim, o, isə məni pisləyirdi".

Müğənni bacısı Sədaqət ilə xalq artisti Rafael Dadaşovun evlilik həyatından da danışıb: "Rafael də, Sədaqət də qısqanc idi. Əmioğlu, əmiqızı küsə-küsə, barışa-barışa yaşadılar".

Qeyd edək ki, Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Hacıyev Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rəhbəridir. Cütlüyün Cahad adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər