29 Oktyabr 2014 13:29
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün yalançı prodüserlərin sayı o qədər artıb ki, peşəkarlar bu addan imtina etmək məcburiyyətində qalırlar. Bu sıraya mən özümü də aid edirəm”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında prodüser Asif Kərimov deyib. Onun sözlərinə görə, Azərbaycanda prodüserlik sözün əsl mənasında öz imicini formalaşdıra bilmədi:

“Səbəbkar isə müğənnilərdir. Bizim müğənnilər hələ də başa düşmürlər ki, peşəkar prodüser anlayışı nə deməkdir. Anlamırlar ki, işin keyfiyyəti naminə onlar əsl prodüserlərlə işləməli, onlara qiymət verməlidirlər. Bizdə çox az sayda peşəkar, öz işini bilən prodüser var. Mən bu sıraya Vaqif Gərayzadəni, Rəşad Haşımovu aid edərdim. Məsələn, Vaqif Gərayzadə heç vaxt özünə prodüser deməyib, amma faktiki olaraq prodüserliklə məşğuldur. Prodüser istehsalçı olmalıdır. Müğənnini sıfırdan məhsul kimi istehsal etməlidir. Musiqini gözəl bilməlidir. Amma fakt odur ki, bu işdən başı çıxmayanlar, müğənninin yanında olduqlarına görə özlərini prodüser adlandırırlar. Amma araşdıranda məlum olur ki, onlar heç də prodüser işi görmür. Tolik yaxşı təşkilatçıdır və hazır müğənninin satışı ilə çox gözəl məşğul ola bilir. Amma onun gördüyü iş sırf menecer işidir. Bir də ki, əsl prodüser müğənnidən maaş almalı deyil, bu, artıq qeyri-professionallıqdır. O hallar da istisna deyil ki, səhnəyə çıxan yeni müğənniləri, bəlkə də, hansısa prodüserlər istehsal edirlər. Lakin bundan xəbərimiz yoxdur. Çünki özlərini gizlədirlər”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər