16 Aprel 2021 12:56
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Ebru Gündəş həyat yoldaşı, iş adamı Rza Zərrabdan boşanır.

Teleqraf.com xəbər verir ki, Ebru Gündəş evlilik birliyinin sarsıldığı səbəbi ilə məhkəməyə müraciət edib.

Müğənni şikayət ərizəsində Rza Zərrabın həyatında başqa qadınların olduğunu bildirib. 11 illik ailə həyatına son qoyan Ebru Gündəş qızı Alaranın yanında qalmasını tələb edib.

Qeyd edək ki, Ebru Gündəş ilə Rza Zərrab 2010-cu ildə evləniblər. Cütlüyün Alara adlı qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər