4 May 2021 13:51
15 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Kamal "Onun sirri" verilişində əməkdar artist Xumar Qədimova ilə sevgili olması haqqında yayılan şayiələrə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Zaur Kamal deyilənləri təkzib edib.

"Onun üstündə evdə çox söz-söhbət olmuşdu. Qohumlar arasında da söz yayılmışdı, Xumar Qədimova ilə sevgili olduğumu demişdilər.

Biz Xumar xanımla dostuq. Bir dəfə gecə vaxtı idi, Xumar xanım zəng edirdi. Görürəm ki, evdəkilər telefona baxırlar. Telefonu götürdüm və "Xumar xanım" deyə adını çəkdim. Dəfərlərlə onların evində olmuşuq. Yol-yoldaşlığımız olub, dostluq münasibətimiz var", - deyə bildirib.


Müəllif: Rəqsanə Həsənova