23 May 2021 17:14
99 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən Günel Zeynalova "ATV maqazin onlarla" verilişində ilk dəfə şəxsi həyatı haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, Günel Zeynalova "Şanslı qadınsınız" sualına belə cavab verib.

"Şanslı qadınam, bəziləri deyir ki, şanssızsan. Həyatımda bəzi hadisələr yaşamaq lazım idi, yaşadım. Çox şükür zədə almadım, alnım açıq, başım dik həyatıma davam edirəm. Demək ki, belə yaşamağım lazım imiş. Bəlkə ömrümün sonun qədər yalnız yaşayacam, yalnız öləcəm. Demirəm ki, mənim yaxtam, təyyarəm, villam olsun və s. Çox şükür qazanmışam və hər şey də etmişəm. Bir xanım evində ancaq hüzur, xoşbəxtlik istəyər. Onun üçün önəmli olan kişinin hörmət etməsidir", - deyə Günel Zeynalova bildirib.

Müğənni ad çəkmədən keçmiş sevgilisi, iş adamı Rza Zərrab ilə münasibətindən də danışıb: "Bir gün dedim ki, nə edirsənsə, mənə söylə. Etiraf etdiyin üçün mən səni bağışlayaram. Ən gözəl cavab susmaqdır və həyatda Allah hər şeyi sənin qarşına çıxarır. Susduğum üçün də hər şey qarşıma çıxıb. Səhv hərəkəti görüb, susmuşam, amma ortaya çıxıb. Özümdə heç bir söz demək məcburiyyətində hiss etməmişəm. Həyatım heç kimi maraqlandırmır. Mənim həyatımdan kimə nə?! Atam, qardaşım, mən və gələcək həyat yoldaşım bilər. Ən pis qadın və kişi odur ki, hansısa hərəkəti sənin üzünə vursun".

Qeyd edək ki, Günel Zeynalova 8 il iş adamı Rza Zərrab ilə sevgili olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər