Türkiyədən Almaniyaya gedən Məryəm Üzərli ötən gecə “Men Of The Year 2014” mükafatının təqdimat mərasiminə qatılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, tədbirə qatılan Məryəm Üzərli “Möhtəşəm yüzyıl” serialında tərəf müqabili olan Halit Ergençə “İlin Adamı” mükafatını təqdim edib. Üzərli mükafatı diz çökərək Halitə uzadıb. Mükafatı alan Ergenç “Bunu ölən anamın xatirəsinə alıram” söyləyib.
Mərasim sonrası jurnalistlərə açıqlama verən Üzərli “Halit üçün Afrikaya belə gedərəm. Mükafat vermək üçün dəvət etdilər. Halit olduğunu biləndə qəbul etdim. Yanvar ayından etibarən Türkiyəyə qayıdacam"deyib.
Teleqraf.com təqdimat mərasimindən fotoları təqdim edir :
Rüstəm