Müğənni Elnarə Xəlilovanın həmkarları Röya Ayxan və Natəvan Həbibi haqqında səsləndirdiyi fikirləri qalmaqala səbəb olub
Teleqraf.com xəbər verir ki, Natəvan Həbibi Elnarə Xəlilovaya cavab verib.
O, "Bircə yadında çıxsaydıq", - deyə qeyd edib.
Elnarə Xəlilova isə həmkarına "Hər zaman yadımdasınız", - deyə reaksiya göstərib.
Elnarə Xəlilova bundan sonra həmkarları haqda suallara cavab verməyəcəyini bildirib: "Mənə Natəvan Həbibi və Röya Ayxan haqqında sual verməyi qadağan edirəm. Problem ondadır ki, mənim gördüyüm bu qədər işlər, layihələr, oxuduğum mahnılar, kliplər sanki heç kimə maraqlı deyil. Mən qızlarda da günah görmürəm. Ona görə heç bir verilişə getmirəm".
Qeyd edək ki, Elnarə Xəlilovanın ATV-də Röya Ayxan və Natəvan Həbibidən həyat tərzlərinə görə ayrıldığını demişdi.