ARB televiziyası reytinq cədvəlinə görə Azad Azərbaycan və Xəzər televiziyasını üstələyib.
Teleqraf.com xəbər verir ki, bu haqda aparıcı Xoşqədəm Hidayətqızı İnstaqramda hekayə bölümündə məlumat verib.
O, ARB televiziyasının reytinqdə birinci olduğunu deyib: "27-ci ilə keçir ki, hər zaman qazandıq. ARB artıq birinci kanaldır. Biz birlikdə bacardıq. İnanın ki, sevincimin həddi-hüdudu yoxdur. Çünki kanalımızı həmişə birinci yerdə görmək istəyirdim. Reytinq öz sözünü dedi. ARB-də bütün dostlarımı təbrik edirəm. Uğur bizimlə olsun. Hər zaman birinci olaq".
Qeyd edək ki, reytinq cədvəlinə görə, birinci yer ATV və Xəzər televiziyası arasında dəyişir.