Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Novruz Qartalın səhhəti pisləşib.
Bu haqda Teleqraf.com-a xalq artistinin həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib: "Qızımın evindən kirayə yaşadığımız mənzilə gəldik. Ev balaca idi. Deyirdi ki, havası çatmır. İki gündür səhhəti ağırlaşıb, yemək yemir. Dünən sistem köçürə bilmirdik. Heç yerdən kömək yoxdur. Mədəniyyət Nazirliyindən də reaksiya yoxdur".
Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir. O, Milli Onkologiya Mərkəzində əməliyyat edilib.