Türkiyənin meqastarı Tarkan koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, müğənni koronavirusu yüngül keçirdiyini deyib:
"10 gün əvvəl verdiyim testin nəticəsi pozitiv çıxdı. Çox diqqət etməyimə rəğmən virusa yoluxdum. Xəstəliyi yüngül keçirirəm və indi səhhətim yaxşıdır. Vaksinin təsiri ilə müxtəlif fikirlər səslənir. Mən də nəyə inanacağıma təəccüblənirəm. Amma virusa yoluxanda düşündüm ki, nə yaxşı peyvənd olundum. Çünki COVİD-19-u vaksin vurdurmayanlar çox ağır keçirirlər".