Musiqi dünyasının önəmli mükafatlarından olan “Latın Grammy”lərinin sahibləri bəlli olub.
Teleqraf.com xəbər verir ki, Las Veqasda təşkil edilən mərasimə qatılanlar arasında Karlos Santana, Rikki Martin, Mark Antoni kimi məşhur ulduzlar olub.
Gecəyə isə mərasimin bir hissəsində aparıcılıq edən aktrisa Rozelin Sançez damğasını vurub. 41 yaşlı və bir uşaq anası olan Sançez şəffaf paltarıyla bütün diqqəti üzərinə toplayıb.
Qaliblər arasında yer alan Enrike İqlesias “Bailando” adlı mahnısı ilə üç mükafatın sahibi olub. Gecənin rekordçusu isə 21 mükafata sahib olan “Calle 13” qrupu olub.
Teleqraf.com gecədən fotoları təqdim edir :
Rüstəm