Rusiyanın xalq artisti Sofiya Rotaru müharibənin davam etdiyi Kiyevdə qalıb.
Teleqraf.com xəbər verir ki, Sofiya Rotaru İnstaqram hesabında Ukraynanın bayrağını paylaşaraq bu sözləri yazıb:
"Azadlıq və sərbəst yaşamaq çətin başa gəlir. Amma bu qədərmi çətindir? Rusiya raketləri günahsız insanları öldürür, Ukraynanın şəhərlərini dağıdır. Bu faktlar ürəyimi parçalayır. Bu mətni yazdıqca əllərim əsir. Ukraynada sakitlik və müdafiə üçün dua edirik. Həyəcanlıyam, çünki bütün Ukraynada döyüşlər gedir. Allah bütün dünyaya və bizə güc versin".