5 Mart 2022 15:05
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin TV8 kanalında yayımlanan "Survivor All Star" yarışmasında iştirak edən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) bu gün səsverməyə çıxacaq.

Teleqraf.com xəbər verir ki, Pərviz Abdullayev Dominikan Respublikasında "Ünlüler" komandasında yarışır. Ona dəstək olmaq üçün Türkiyədən telefonla SMS vasitəsi ilə, Azərbaycanda və ya digər ölkələrdən isə TV8 kanalının yan ekran tədbiqi vasitəsi ilə sms göndərə bilərlər. TV8 yan ekran tədbiqindən istifadə qaydası video təlimatını sizinlə paylaşırıq. Azərbaycandan normal sms göndərmək mümkün olmadığından bu tədbiqdən istifadə edərək Pərvizə səs göndərə bilərsiniz.




Müəllif: Rəqsanə Həsənova