7 Mart 2022 13:00
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova Xəzər televiziyasında şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova toy mərasiminin tarixini açıqlayıb:

"Oktyabrda Bakıda qız toyunu edəcəyik. Yəqin ki, qız və oğlan toyu bir yerdə olacaq. Amma nişanlım martda özünə kişi toyu edir. Rəsmi nikahdan əvvəl kəbin kəsdirdik. Toyumda iki gəlinlik geyinəcəm, birini seçmişəm. Bakıya gələcəm, sonra cehizləri almaq üçün İstanbula gedəcəm. Əslində, oğlan evi deyir ki, heç nə gətirmə. Paltarlarını götür gəl".

Eşqin bəyin sevgi etirafından da danışıb: "Yay ayında sevgisini etiraf etdi. Maşın sürə-sürə yol gedirdik, bir-birimizə baxaraq sevgimizi bildirdik. Baxışlarından hiss eləmişdim, görəndə ki, hislər qarşılıqlıdır, onda etiraf etdi. Eşqin biznes ilə məşğuldur. Mən də Bakıda moda evi açmaq istəyirəm".

Müğənni nişanlısının qısqanclığından da danışıb: "Nişandan əvvəl yox, sonra qısqanır. Bir-birimizi qısqanırıq, amma aşırı dərəcədə deyil. Demək olar ki, 24 saat bir yerdəyik.
Ondan maşın istəyirdim, amma sürməyə icazə vermirdi. Çünki necə avtomobil sürə bildiyimi bilmirdi. Bir dəfə dedi ki, otur sür. Ondan sonra onun avtomobilini mən sürürəm. İnşallah yaya maşın almağa söz verib, "Range Rover" istəmişəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər