Xalq artisti Röya Ayxan Xəzər Televiziyasında qardaşı İsmayıldan danışıb.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan qardaşı İsmayılın Türkiyədə nişan mərasiminə gedə bilməməsinin səbəbini açıqlayıb: “Hamının toyuna get, hamını təbrik elə, amma öz qardaşının nişan mərasiminə gedib çata bilmə. Gəlinimiz müəllimədir, dərs deyir. Onu çox bəyənirəm və səkkiz ildir ki, gəlinimizdir. Universitetdə qardaşımla birlikdə oxuyublar, ailəmizə gedib gəlirdi”.
Qeyd edək ki, Röya Ayxanın qardaşı İsmayıl Cansu adlı xanımla nişanlanıb.