Azərbaycanın 2022-ci il "Avroviziya" təmsilçisi Nadir Rüstəmli uzun fasilədən sonra yeni mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, "Lənətli şəhər" adlı bəstənin sözləri Nadir Rüstəmli, Kənan İbralıya, musiqisi isə ALTERWESS və səbəbkarın özünə məxsusdur. Layihənin cover dizayneri Fərhad Seyidov, prodüseri isə Azər Zeyndir.
Qeyd edək ki, yutubda online olan bəstəni artıq rəqəmsal platformalarda da dinləyə bilərsiniz.