Xalq artisti Aygün Kazımova müğənni Rəsul Əfəndiyevlə növbəti dəfə duet oxuyub.
Teleqraf.com xəbər verir ki, ifaçıların rus dilində səsləndirdiyi mahnı "Poqodi pastoy" adlanır.
Mahnı hazırda yutub kanalına yerləşdirilməsə də, radiolarda, musiqi platformalarında yer alıb. Kazımova və Əfəndiyev mahnını kliplə birlikdə təqdim etməyi planlaşdırır.
Müğənni yeni işləri üçün fotokamera qarşısına keçərək şəkillər də çəkdirib. Dəniz kənarında lentə alınan şəkillərin müəllifi Vüsal Adıgözəlovdur.
Şəkillərdə Kazımovanın stili üzərində Ruxa, Rəsulun isə Fuad Çerniy çalışıb.